Kokpit.az xatırladır ki, Oskar Piastri Çin Qran Prisinin sıralanma turunda poul qazandığı halda onun komanda yoldaşı Lando Norris isə üçüncü yeri tutub. Britaniyalı sürücü birinci və ikinci sessiyalarda zirvədə olsa da, həlledici üçüncü sessiyada komanda yoldaşından 0.152 saniyə geridə qalıb.
Sıralanma turundan sonra Lando Norris komanda yoldaşını təbrik edib: “Poul qazana bilməyəndə həmişə məyus oluram, lakin bu gün Oskar buna layiq idi. O, bütün həftəsonu əla iş gördü. Onun adına çox sevinirəm. Formula 1-dəki ilk poulunu qazandı”.
Lakin Lando Norris əlavə edib ki, həftəsonu onun üçün ideal keçmir: “Mənə gəldikdə, yenə bir neçə səhv etdim, bu həftə sonu mənim üçün bir az belə oldu, amma bu gün boliddə özümü daha yaxşı hiss etdim. Biz daha yaxşı yöndə irəliləyirik, xüsusən dünən və hətta bu gün səhər çox çətin mübarizə apardıqdan sonra… Ona görə də inanılmaz dərəcədə məyus olduğumu deyə bilmərəm.
Sprint yarışından sonra boliddə çox böyük dəyişikliklər etdik, çünki yaxşı yerdə deyildik. Sabah nə olacağını görəcəyik”.
Qeyd edək ki, Lando Norris dünənki sprint sırlanma turunda 6-cı, bugünkü sprint yarışında isə 8-ci yeri tutub.
Şərh əlavə et