Xəbəri Kokpitdə Oxuyun!

Çin Sprint: Həmilton karyerasında ilkə imza atıb

Çin Qran Prisinin Sprint yarışında Ferrari komandasının sürücüsü Lyuis Həmilton qalib gəlib.

Mövsümün ilk sprint yarışı Şanxay Beynəlxalq Avtodromunda beş qırmızı işığın sönməsi ilə başlayıb. 19 dövrəlil sprint yarışında bütün sürücülər Medium təkərlərdən istifadə ediblər.

Yarışa pouldan başlayan Lyuis Həmilton yaxşı start alaraq, birinci döngəyə lider girib. Yarışa 6-cı yerdən başlayan Lando Norris isə bir neçə yer itirərək, 9-culuğa düşüb.

Beş dövrədən sonra ilk üçlük olduğu kimi qalıb – Həmilton, Ferstappen, Piastri. Bu anda Corc Rassell rəqibi Şarl Lekleri keçərək, 4-cü yerə yüksəlib.

Liam Lousonla Cek Duhən isə 18-ci yer uğrunda mübarizədə xırda təmas yaşayıblar və bu insident stüardlar araşdırılıb.

Yarışın yeddinci dövrəsində Maks Ferstappen yarım saniyə itirən Lyuis Həmiltona yaxınlaşəb və DRS zonasına düşüb. Bu anda britaniyalı sürücü sol ön təkərində problem yaşadığını deyib.

Peletonun arxa hissəsində isə 14-cü yer uğrunda Pyer Qasli, Ayzek Həcət arasında gərgin mübarizə yaşanıb. Qasli yerlisi Həcəri xarici trayektoriyadan keçib.

Yarışın 12-ci dövrəsində isə Karlos Sayns 1 dövrə ərzində 3 rəqibinə keçilib. Bundan sonra komandası ispaniyalı sürücünü pitə çağırıb və o, yeni Medium təkərlərlə trasa sonuncu yerdə qayıdıb.

Bir neçə dövrədən sonra isə Oskar Piastri ikinci yer uğrunda mübarizədə Maks Ferstappenə hücumlar edib. Niderlandlı sürücü radiodan təkərlərinin tamamilə yeyildiyinu deyib.

Yarışın 15-ci dövrəsində Piastri nəhayət Maks Ferstappeni keçib və ikinci yeri tutub. Son dövrələrdə isə Norris 8-ci yer uğrunda mübarizədə Strollu geridə qoyub.

Beləliklə 19 dövrəlik sprint yarışını Ferrari komandasının sürücüsü Lyuis Həmilton qazanıb. Piastri ikinci, Ferstappen üçüncü yerləri tutublar. Onları Corc Rassell və Şarl Lekler izləyiblər. Yuki Tsunoda, Kimi Antonelli, Lando Norris, Ləns Stroll və Fernando Alonso ilk onluğu bağlayıblar.

Qeyd edək ki, bu həm Ferrari, həm də Həmilton üçün ilk sprint qələbəsidir.

Çin Qran Prisinin sıralanma tutu Bakı vaxtı ilə saat 11-də başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et