Sprint yarışının sıralanma turunda və özündə Lyuis Həmilton qalib gəlib. Yeni asfalt örtüyü təkərlərin aşınmasında rol oynayıb, hətta təkər üstünlüyünə malik McLaren də bunun öhdəsindən gələ bilməyib.
Pirelli bura C2, C3 və C4 tərkiblərini gətirib.
İlk sessiyada hamı dərhal trasa çıxıb. Duhən yerində fırlanıb, Lekler isə ön təkərlərini bloklayıb. Norris trasdan tam çıxdığı üçün nəticəsi silinib. Ferstappen ilk cəhddə sürətli olub. Trasda vəziyyət getdikcə yaxşılaşıb. Norris protokollara başçılıq edib, RB sürücülərik ilk üçlükdə yer alaraq təəccübləndiriblər. Louson, Bortoleto, Duhən, Berman və Qasli üçün mübarizə başa çatıb.
İkinci sessiyada Norris 1:30.787 ilə yeni meyat təyin edib və ikinci cəhdinə çıxmayıb. Növbəti cəhdlərində heç bir pilot onun nəticəsini üstələyə bilməyib. Sayns, Stroll, Alonso, Hülkenberq və Okon ilk onluğa yüksələ bilməyiblər.
Son sessiyada Həcər, Tsunoda və Elbon ilk cəhdlərinə işlənmiş təkərlərlə yollanıblar. 1:30.703-lük nəticə göstərən Piastri liderliyi ələ alıb. Antonellinin nəticəsi ləğv edilib. Ferstappen ikinci cəhdinə yollanarkən Həcərlə toqquşmaqdan son anda yayına bilib. Tras soyuyub və heç də hamı nətucəsini yaxşılaşdıra bilməyib. Piastri isə nəticəsini son sektorda daha da inkişaf etdirərək Şanxay Byenəlxalq Avtodormunun yeni rekordunu müəyəyn edib – 1:30.641.
Oskar Piastri karyerasında və mövsümdə ilk poulunu əldə edib. Sabah ilk cərgədən yarışa onunla birlikdə Corc Rassell başlayacaq. İkinci cərgə Lando Norris və Maks Ferstappenin, üçüncü cərgə isə Lyuis Həmilton və Şarl Leklerin olacaq.
Bizi sabah olduqca maraqlı yarış gözləyir!
Şərh əlavə et