Xəbəri Kokpitdə Oxuyun!

Cek Duhən cərimələnib

Alpine komandasının sürücüsü Cek Duhən Çin Qran Prisinin sprint yarışında yaşadığı insidentə görə cərimələnib və onun lisenziyasına cəza balı yazılıb. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Çin Qran Prisinin Sprint yarışının son dövrəsində Qabriel Bortoleto ilə təmas yaşayıb. İki sürücü 14-cü döngədə bir-birlərinə çırpılıblar və braziliyalı pilotun maşını yerində fırlanıb. Yekunda hər iki sürücü də sonuncu yerlərə geriləyiblər. 

İnsidenti araşdıran stüardlar qəzada Cek Duhənin günahkar olduğuna qərar veriblər və gənc sürücüyə 10 saniyə zaman cəzalı verilib. Eyni zamanda debütant sürücünün lisenziyasına 2 cəza balı yazılıb. Bu isə o deməkdir ki, gənc pilot Formula 1 karyerasındakı ilk cəza xallarını alıb.

Trasın 14-cü döngəsində yaşanan tək insident bu olmayıb. Liam Louson və Cek Duhən arasında da təmas yaşanıb, ancaq stüardlar bu insidenti araşdırsalar da, cəzaya ehtiyac görməyiblər.

Rauf Hacıyev

Şərh əlavə et