Kokpit.az xatırladır ki, FİA mövsümün ilk mərhələsi olan Avstraliya Qran Prisindən etibarən bütün komandaların arxa qanad elastikliyini sərt formada yoxlamağa başlayıb.
Melburnda 10 komanda da qaydalara uyğun idi. Lakin FİA Çin Qran Prisindən etibarən elastik qanadlarda dah çox məhdudiyyət tətbiq etməyə başlayıb. Bu qərardan sonra əksər komandalar arxa qanad quruluşunu dəyişiblər. Buna baxmayaraq FİA yenə də nəzarəti əldən buraxmır.
Lakin Çin Qran Prisinin birinci sərbəst yürüşlərindən sonra Williams komandası görüntüləri FİA-ya verməyib. Buna görə də komanda stüardlar tərəfindən çağırılıb.
FİA bu barədə belə açıqlama verib: “Atlassian Williams Racing komandası birinci sərbəst yürüşlərdən sonra naqilsiz kamera tərəfindən çəkilən ön və arxa qanad görüntülərini bir saat ərzində bizə təqdim etməyib.
Bu kameralar tərəfindən çəkilən video görüntülər Formula 1-in texniki reqlamentinin 3.2.2 maddəsinə görə izlənilir və 3.15.16 maddəsi ilə uyğunluğunu dəyərləndirmək üçün istifafə edilir”.
Şərh əlavə et