Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Lyuisdən geri qalıram

Ferrari komansasının sürücüsü Şarl Lekler Çin Qran Prisinin sprint sıralanma turunda dördüncü yeri tutduqdan sonra açıqlama verib.

Kokpit.az xatırladır ki, kabus kimi keçə. Avstraliya Qran Prisi həftəsonundan sonra Ferrari pilotları Şanxaydakı həftəsonuna daha güclü başlayıblar. Lyuis Həmilton Çin Qran Prisinin sprint sıralanma turund poul qazanıb. Onun komanda yoldaşı Şarl Lekler isə dördüncü yeri tutub.

Şarl Lekler sessiyadan sonra bunları deyib: “Bir az mübarizə apardım. Əvvəldən hiss etdim ki, Lyuisdən bir addım geri qalmışam və bu gün Lyuis məndən daha sürətli idi. Xüsusilə də 1, 2 və 3-cü döngələrdə çox problem yaşadım, bu da keçənilki ilə eyni problemlərdir. Buna görə də bir az məyis oldum.

Bundan başqa hər şey olduqca yaxın idi. Dördüncü yerdən başlamaq yaxşı olmadı, amma Lyuis pouldadır və ümid edirəm ki, sabah yaxşı yarış keçirəcəyik.”

Rauf Hacıyev

Şərh əlavə et