Kokpit.az xatırladır ko, McLaren komandası Çin Qran Prisi həftəsonuna favorit kimi başlayıb və sərbəst yürüşlərdə Lando Norrislə birinci, Oskar Piastri ilə üçüncü yeri tutaraq bu gözləntiləri qarşılayıb. Lakin Sprint sıralamasının kritik anında gözlənilməz vəziyyət yaranıb və McLaren pilotları ilk iki yeri tuta bilməyiblər.
Üçüncü sessiyada Soft təkərlərə keçəndə Piastri üçüncü, Norris isə altıncı yerdə qalıb.
Oskar Piastri: “Ümumiyyətlə müsbət gün idi. Sıralanma turunun birinci və ikinci sessiyalarında hər şey yaxşı keçdi, lakin son sessiyada boliddən amaksimum nəticə əldə edə bilmədik”.
Avstraliyalı pilot poul qazanan Lyuis Həmiltondan 0,080 saniyə geri qalıb. O, bu barədə belə danışıb: “Təəssüf ki, sprintin təsnifat mərhələsində səhv anlarda sürətli idim… Bu, həm yaxşı, həm də pisdir.
Yaxşıdır, çünki avtomobilin yaxşı tempi var. Xüsusən də yarış tempimiz çox güclüdür. Bu, gələcəyə ümid verir. Düşünürəm ki, sabah üçüncü yerdən başlayıb, qələbə üçün mübarizə apara bilərəm. Məncə, bugünkündən daha yaxşı nəticə əldə edəcəyik”.
Oskar Piastri yeni asfalt qatı haqqında da bunları deyib: “Yeni asfalt qatında ilişmə çoxdur, eyni zamanda çox qeyri-sabitdir. Müəyyən məqamlarda düzgün tempi saxlamaq çox çətindir”.
Şərh əlavə et