Temperatur yaxşı olub, lakin güclü külək əsib. Aston Martin avtomobillərinə bir gün əvvəl dünyasını dəyişən Eddi Cordanın xatirəsinə stikerlər vurulub.
Burada sprint həftəsonu olduğundan yeganə məşqlər çox vacib önəm daşıyır. Ona görə hamı sazlanmalar üzərində intensiv işləməyə, təkərləri tez aşındıran asfatla öyrəşməyə çalışıb. Sürücülər məşq sessiyasının çox hissəsini Mediumda keçirərək, məsafədə təkərlərin, xüsusən də ön sol təkərin aşınmasını qiymətləndiriblər.
Elbon, Louson və Qasli çınqıllığa çıxıblar, Lekler yerində fırlanıb – maşınlara heç bir zərər dəyməyib. Sona 15 dəqiqə qalmış, sessiya qırmızı bayraqlarla dayandırılıb – Duhənin avtomobili hidravlik problemlər səbəbindən 11-12-ci döngələr arasında təhlükəsizlik zonasında ilişib qalıb və onu təxliyə emtək lazım olub.
Fasilə 6 dəqiqə çəkib, sonrasında sürücülər Soft təkərlərlə trasa qayıdaraq qısa dövrələrlə sıralanma turuna hazırlaşıblar. Bu zaman kəsimindəki göstəricilər də məşqlərin protokolunu formalaşdırıb. Ən sürətli nəticə Norrisdən gəlib – 1:31.504.
Sırada sprint yarışının təsnifat mərhələsi var…
Şərh əlavə et