Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Norris zarafat edir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, onlar hazırda Mercedes və Ferrari ilə birlikdə ən yaxşı ikinci komandadırlar.

Kokpit.az xatırladır ki, McLaren komandası mövsümün ilk yarışı olan Avstraliyada aşkar formada sürətli olub. Buna baxmayaraq Maks Ferstappen yarışı Lando Norrisdən sonra ikinci yerdə bitirib.

Çində tamamilə quru yarışın olması gözlənilir və burada Lando Norrislə Oskar Piastrinin hamıdan sürətli olması güman edilir.

Maks Ferstappen: “McLaren çox güclüdür. Onların gördüyü işə hörmət edirəm. Hazırda hər sahədə çox güclüdürlər. Aradakı fərqin nə qədər böyük olduğunu demək çox çətindir. Amma qəti olan şey odur ki, McLaren çox güclüdür. Özümü yağışlı havada zəif sürücü kimi görmürəm, amma ilk pitə qədər onlarla mübarizə apara bilmədim.

Ümumilimdə biz daha güclü olmalıyıq. Tam söz demək çətindir, amma Red Bull, Mercedes və Ferrari bir-birlərinə çox yaxındırlar. Bu mübarizə trasdan asılı olaraq dəyişəcək”.

Lando Norris mətbuat konfransında bildirib ki, McLaren MCL39 onun sürüş tərzinə uyğun deyil.

Maks Ferstappen rəqibinin bu fikirlərinə təəccüblənib: “Öz McLaren-indən danışır? Bəlkə də zarafat edir. Keçən ilin əvvəlində mən də bəzi şeylərdən narazı idim, amma yenə qalib gəldik”.

Rauf Hacıyev

Şərh əlavə et