Kokpit.az xatırladır ki, mövsümün ilk mərhələsi olan Avstraliyada McLaren komandasından Lando Norris əvvəlcə poul qazanıb. Daha sonra isə sürətli dövrə alaraq yarışda da qalib gəlib və het-trik edib.
Oskar Piastri də yarışda yaxşı təsir bağışlayıb və uzun müddət ikinci yerdə gedib. Lakin yarışın sonlarında etdiyi səhvlə 9-cu yerə qədər geriləyib.
Corc Rassell Çində mətbuat konfransında bildirib ki, McLaren hazırda rəqibsizdir və onlar bu mövsüm bütün yarışları qazana bilər.
Lakin Oskar Piastri rəqibi Corcun bu fikirləri ilə razı deyil: “Rassellin açıqlamaları reallıqdan uzaqdır. Son həftələrdə gülməli şeylər danışır. Mövsümün ilk yarışından sonra ili başa vurmaq istəyirsə, öz işidir. Ancaq Melburndakı performansımızın davamlı olmayacağını çox yaxşı bilirik.
Bəli, Melburnsa maşınımız çox güclü idi. Bunu inkar edə bilmərik. Bolid balanslı idi, amma hələ də mükəmməl deyil. Maşın hər trasda istədiyimiz kimi olmayacaq. Melburnda hər hava şəraitində güclü idik, amma bütün mövsüm belə olacağını demək düzgün deyil”.
Şərh əlavə et