Kokpit.az xatırladır ki, britaniyalı pilotun Ferrari-dəki ilk yarışı heç də yaxşı keçməyib. O, Melburnda 10-cu yeri tutaraq, 1 xalla razılaşmalı olub. O, yarış ərzində mühəndisi Rikkardo Adami ilə hərarətli danışıqlar edib.
Lyuis Həmilton: “Hamı bu hadisəni çox şişirtdi. Əslində qarşılıqlı dialoq idi. Çox mədəni formada danışdım. Ona dedim ki, zəhmət olmasa, məni rahat burax. Onu təhqir etmədim. O anda doğrudan da maşında çətinlik çəkirdim və tamamilə yarışa köklənməli idim.
Rikkardo ilə bir-birimizi yeni tanıyırıq. Keçmişdə iki ya da daha çox çempionla işləyib və bunu bilirik. Amma aramızda heç bir problem yoxdur.
Peletondakı digər sürücülərin mühəndisləri ilə danışıqlarına baxın. Çox pisdir! Maksın mühəndisi ilə danışıqlarına baxın. Görün yazıq nələr çəkib. Amma bunlar barədə heç nə danışmırsınız. Mənim ən kiçik müzakirəmi yazırsınız.
Yekunda doğrudan da bir-birimizi tanımağa çalışırıq. Daha gedib onunla söhbət etdim. Yəni aramızda problem yoxdur. Üzümüzdə təbəssümlə söhbət edirik və növbəti yarışları köklənirik”.
Şərh əlavə et