Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Çin yarışını fütsət kimi görür

Ferrari komandasının rəhbəri Frédéric Vasseur bildirib ki, SF-25-in potensialını tam üzə çıxarmaq üçün həm trasda, həm də bazada intensiv işləyirlər.

Kokpit.az bildirir ki, 2024-cü ildə olduğu kimi,  bu mövsüm də Çin Qran Prisi həftə sonu  sprint formatına uyğun keçiriləcək.

Buna görə də cümə günü keçiriləcək yeganə sərbəst yürüşlər həm sıralanma, həm də həftəsonunun qalan hissəsi üçün vacib olacaq.

Bundan başqa Şanxay Beynəlxalq Trasının asfalt qatı tamamilə yenilənib. Onsuz da çətin sazlanma tələb edən bu trasda komandaların düzgün sazlanma tapmağı daha da qəlizləşəcək. Buna görə də Ferrari bütün həftəsonu ərzində Maranelloda öz mühəndis komandasının simulyator dəstəyini davam etdirəcək.

Ferederik Vassyör Çin Qran Prisinin Ferrari üçün əhəmiyyətli bir fürsət olduğunu deyib: “Melburn yarışından dərhal sonra trasa qayıtmaq bizim üçün yaxşı haldır. Şanxayda güclü nəticə əldə etməklə, Avstraliyada əldən verdiyimiz fürsətləri kompensasiya edə bilərik.

Çindəki tras Albert Parkdan tamamilə fərqlidir. Üstəlik, sprint formatına görə həftəsonu daha çox xal toplamaq mümkündür. Ona görə də sərbəst yürüşlərdə ən səmərəli şəkildə işləməli və yeni asfalt qatının təsirlərini başa düşməliyik.

Maranellodakı mühəndislərimizlə birlikdə SF-25-in həm trasda, həm də bazada maksimum potensialını ortaya çıxarmaq üçün əlimizdən gələni edəcəyik. Hər iki pilotumuz da Şanxay trasını çox sevir. Biz onlara SF-25-in bütün potensialından istifadə etmək üçün əlimizdən gələni etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et