Kokpit.az xatırladır ki, 43 yaşlı pilot bu həftəsonu Şanxayda karyerasının 403-cü yarışına çıxacaq. İspaniyalı sürücünün 2026-cı ilin sonuna qədər Aston Martin ilə müqaviləsi var.
Lakin Avstraliyada etdiyi qəzadan sonra əksəriyyət düşünürdü ki, veteran pilot ilin sonunda təqaüdə çıxacaq.
Buna baxmayaraq Fernando Alonso bildirib ki, o hələ də yarışmaqdan həzz alır: “Bu idmanda fərqli dövrlərdə yarışma şansım olub və hələ də buradayam. Səyahət etmək, yarışmaq, mübarizə aparmaq mənim üçün fərqlilikdir. Özümü hələ də çox motivasiyalı hiss edirəm. Ən vacibi hələ də rəqabətədavamlıyam.
Bir gün tempim aşağı düşsə və ya zəifləsəm, bunu deyən elə ilk mən olaram. Mən çox rəqabətədavamlı adamam. Mən 2001-ci ildə bu idmana başladım və 2025-ci ildə hələ də bu idmanda ən sürətli pilotlardanam. Bu da mənim üçün sevindirici haldır. Hətta bəlkə də hazırda ən sürətli pilotam, çünki zəif yönləri düzəltmək üçün fərqli maşınlar və fərqli ehtimallar var”.
Şərh əlavə et