Xəbəri Kokpitdə Oxuyun!

Əfsanəvi Eddi Cordan dünyasını dəyişib

Formula 1 Dünyasının ikonik simalarından olan Eddi Cordan 76 yaşında dünyasını dəyişib.

Kokpit.az bildirir ki, Eddi Keyp Taunda ailəsinin yanında dünyasını dəyişib. O, bir müddət idi ki, aqressiv prostat xərçəngi ilə mübarizə aparırdı.

Eddi Cordan 30 mart 1948-ci ildə Dublində dünyaya gəlmişdi. O, avtoidman karyerasına yarış pilotu kimi başlasa da, sonra fərqli sahələrə yönlənmişdi. Əvvəlcə sürücülərə menecerlik etmiş, daha sonra ikonuk Jordan Grand Prix komandasını qurmuşdu. Bu komanda 1991-ci ildə qurulmuş və Formula 1-də əyləncəli, rəngli və aqressiv yönü ilə tanınmışdı. Lakin komandanın məqsədi yalnız əyləncə deyildi.

Eddi Cordan məhdud büdcə ilə böyük komandalarla mübarizə aparırdı. Onun komandası Mixael Şumaxer və Deymon Hill kimi Dünya Çempionlarının karyeralarına yön vermişdi.

Lakin Eddi 2005-ci ildə komandanı satmış və Formula 1 şərhçiliyinə başlamışdı. Onun enerjisi, qeyri-adi açıqlamaları və avtoidmana olan sevgisi azarkeşlərin rəğbətini qazanmışdı.

Bundan başqa o, uğurlu biznezmen idi və fərqli sahələrə yatırım etmişdi.

Eddi Cordanın Marie adlı həyat yoldaşı, Zo, Miki, Zak, Kali adlı övladları var idi.

Ailəsi Eddi Cordanın ölümü barədə bu açıqlamanı yayıb: “Eddi girdiyi hər məclisdə xarizması, enerjisi və İrlanda cəzbediciliyi ilə sevinc gətirirdi. Onun yoxluğu böyük boşluq yaradacaq. Onun üçün çox darıxacağıq, amma bizə qoyduğu gözəl xatirələr kədərimizi azaldacaq”.

Rauf Hacıyev

Şərh əlavə et