Xəbəri Kokpitdə Oxuyun!

H.Marko gənc Həcəri sərt tənqid edib

Karyerasının ilk Formula 1 yarışının qızdırma dövrəsində qəza edətək mübarizəni dayandıran və ağlayan Ayzek Həcəri Helmut Marko sərt formada tənqid edib.

Kokpit.az xatırladır ki, fransalı sürücü Avstraliya yarışının qızdırma dövrəsində səhv edərək divara çırpılıb. O boliddən düşdükdən sonra ağlamağa başlayıb.

Lakin bu hal Red Bull şirkətinin idman məsləhətçisi Helmut Markonun heç xoşuna gəlməyib: “Göz yaşları ilə göstərdiyi şou bir az utanc verici idi”.

Gənc Ayzek Həcərə dəstək verənlərdən biri Lyuis Həmiltonun atası Antoni Həmilton olub. O, ağlayan sürücünü qucaqlayaraq, ona ürək-dirək verib. Fransalı sürücü Antoninin verdiyi dəstək barədə belə danışıb: “O an mənə bir ata kimi davrandı. Mənə dedi ki, başını dik tut. Sıralanma turunda əla iş gördün”.

Screenshot

Sonda gənc sürücü Çin Qran Prisi barədə də fikirlərini bildirib: “Çox utanıram. Mövsümün əvvəlində belə səhvə yol vermək məni məyus etdi.

Tempimiz var. Buna görə də trasa çıxmaq üçün səbirsizlənirəm”.

Racing Bulls-un rəhbəri Piter Bayer isə sürücüsü müdafiə edib: “Belə hava şəraitində hamı səhv edə bilər. Kiçik bir səhv belə bəs edir”.

Rauf Hacıyev

Şərh əlavə et