Kokpit.az xatırladır ki, monakolu sürücü Albert Parkdakı yarışa 7-ci yerdən başlasa da, startda iki yer qazanıb və beşinci yerə yüksəlib.
Sonradan yağışın başlaması ilə öndəki pilotlar pitə giriblər və Lekler bunun hesabına ikinci yerə yüksəlib. Ancaq Ferrari komandası bu anda qumar oynayıb və iki sürücüsünü də pitə çağırmayaraq quru hava təkərlərində saxlayıb.
Sonrakı dövrələrdə yağışın şiddətlənməsi ilə Ferrari sürücülərini pitə çağırıb və onları keçid təkərlərinə keçirib. Yekunda Şarl Lekler 8-ci, Lyuis Həmilton isə 10-cu yeri tutub.
Şarl Lekler: “Qətiliklə böyük bir fürsəti əldən verdik. Xüsusən də belə dəyişkən hava şəraitində tempiniz yoxdursa, fürsətlərdən istifadə edib, xalları toplamalısınız. Ancaq biz bunu bacara bilmədik.
Yarışın əvvəlində hər şey darıxdırıcı olanda yetərincə tempimiz yox idi. Daha sonra önəmli anlarda düzgün seçim edə bilmədik.
Yenə də komandanın strateji qərarlarından danışmamışdan əvvəl öz etdiyim böyük səhvi qəbul etməliyəm. 11-ci döngədə tras xaricinə çıxaraq çox vaxt itirdim. Orada 4-5 pillə geriyə düşdüm və podiumu əldən verdim.
Hələ işləməliyik və bəzi sahələri inkişaf etdirməliyik, amma ilk yarışdan daha yaxşı nəticə gözləyirdim. Çətinlik çəkdiyimizi bilirəm və bunu düzəltməyə çalışacağıq”.
Şərh əlavə et