Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Berman yarışa pit yolundan başlayacaq

Haas komandasının sürücüsü Oliver Bermanın bolidində aparılan dəyişikliklərə görə yarışa pit yolundan başlayacaq.

Kokpit.az xatırladır ki, mövsümün ilk mərhələsi olan Avstraliya Qran Prisi Oliver Berman üçün sözün əsl mənasında kabusa dönüb. O, birinci sərbəst yürüşlərdə qəza edərək, ikinci sərbəst yürüşlərdə iştirak etməyib. Üçüncü sərbəst yürüşlərdə isə yerində fırlanaraq çınqıllığa düşüb. Sıralanma turunda isə mexaniki problemə görə trasa çıxmayıb və nəticə göstərməyib.

Buna görə də komanda britaniyalı sürücünün asılqan sazlanmasında dəyişiklik edib. Bundan başqa cümə günü etdiyi qəzaya görə 19 yaşlı sürücünün maşınında güc qurğusu dəyişdirilib.

Oliver Berman öz səhvlərini qəbul edib: “Bu trasda səhvləriniz o dəqiqə cəzalandırılır. İki xırda səhv etdim və cəzasını ağır ödədim. Demək olar ki, sürə bilmədim. Bu tamamilə mənim səhvim idi. Bunu qəbul edirəm. Performansım pis idi”.

Rauf Hacıyev

Şərh əlavə et