Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Özümü pis vəziyyətə saldım

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, doqquzuncu olduğu üçün çox məyusdur.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü öz ölkəsindəki yarışa 2-ci yerdən başlasa da, startda Maks Ferstappenə keçilib və 3-cü yerə düşüb. Lakin o, bir müddətdən sonra yenidən maksı keçib və ikinci yeri özünə qaytarıb.

Yarışın sonlarında birdən-birə başlayan yağış Oskara düşərli olmayıb. 25 yaşlı pilot bolidin idarəetməsini itirərək, trasdan çıxıb və axırıncı yerə qədər geriləyib. Buna baxmayaraq, Piastri təslim olmayıb və son dövrələrdə etdiyi hücumlarla yarışı 9-cu yerdə bitirib.

Oskar Piastri: “Yarış bizi çox məyus etdi. Demək olar ki, yarış ərzində güclü performans göstərdim. Sadəcə bir dövrədə səhv etdim. Nəticə bunu əks etdirmədiyi üçün məyusam.

Heç kimi günahlandırmıram. Qazonlu sahədə ilişib qalmağım bəxtsizlik idi. Amma özümü o vəziyyətə özüm saldım. Buna görə də məyusam.

Mənim üçün ən müsbət hal yarışın digər 56 dövrəsi idi. Bütün hava şəraitində tempimiz güclü idi.

Lando düzgün qərar verdi. Mən də demək olar ki, 1 dəqiqə ərzində geri ötürməyə keçməyə çalışsam da, doğru qərar verdim. Sadəcə daha yaxşı nəticə qazanmadığımız üçün məyusam”.

Rauf Hacıyev

Şərh əlavə et