Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Son dövrələrdən həzz aldım

Red Bull komandasının sürücüsü Maks Ferstappen xaotik keçən Avstraliya yarışını ikinci yerdə bitirib. 

Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışın startında üçüncü yerdən ikinci yerə yüksəlsə də, daha sonra səhv edib və Oskar Piastriyə keçilib. Bundan sonra uzun müddət üçüncü yerdə gedib. Lakin yarışın sonlarına doğru yağan yağışa görə Oskar Piastri bolidinin idarəetməsini itirərək, çınqıllı sahəyə düşüb və Maks ikinci yerə yüksəlib. Daha sonra isə Lando Norrisi keçərək, liderliyə yüksəlib. Lakin McLaren daha cəld tərpənərək, Norrisi pitə çağırıb və yağış təkərinə keçirib. Bununla da britaniyalı pilot yenə liderliyi ələ alıb. 

Yarışın sonlarında isə Maks Ferstappen rəqibi Lando Norrisə bir neçə dəfə hücum etsə də, uğursuz alınıb və son 4 mövsümün Dünya Çempionu ikinciliklə razılaşmalı olub.

Maks Ferstappen: “Əlbəttə çox çətin yarış idi. Amma yekunda əyləncəli idi. Lando altıncı döngənin girişində kiçik bir səhv etdi və buna görə də tempini itirdi. O an ona yaxınlaşdım və DRS-sinə düşdüm.

Ona yaxınlaşsam da, burada ötmə etmək doğrudan da çox çətindir. Yenə də gözəl idi. Son dövrəlrədə, xüsusən də yarış qələbəsi üçün mübarizə apararkən limitləri yoxlamaq çox ətləncəli idi. Yarışı tamamlayıb, yaxşı xallar qazanmaq mənim üçün çox vacib idi. Bu bizim çox yaxşı başlanğıc sayılır.

Bir az yağış başlamışdı və bir neçə bolid trasdan çıxdı. O an hamı panikaya düşdü və pitə yönləndilər. Bununla da pitə girdilər, amma mən gözlədim. İlk dövrəm pis deyildi, amma yağış trasın hər tərfində yağmağa davam etdi və sonda biz də pitə girməli olduq.

Məncə, bir dövrə tez pitə girsək də, heç nə dəyişməzdi. Yenə də ikinci yeri tutacaqdır. Risk almağa dəyərdi. Quru hava təkərləri ilə sürmək həyəcan verici idi, amma yekunda problem yaşamadıq”.

Maks Ferstappen sonda bildirib ki, bolid gözlədiyi kimidir: “Məncə, gözlədiyim kimidir. Yarışın əvvəlində McLaren-ə qarşı bir az temp itirdik, amma yenə də burada keçən ilə nisbətən 18 xal çox qazandım. Buna görə də çox sevincliyəm”.

Rauf Hacıyev

Şərh əlavə et