Kokpit.az xatırladır ki, ispaniyalı sürücünün yeni komandasında debütü heç də uğurlu alınmayıb. O, Avstraliya yarışının birinci döngəsində yerində fırlanaraq bariyerlərə çırpılıb və mübarizəni vaxtından əvvəl dayandırıb.
Karlos Sayns yarışdan sonra bildirib ki, ötürmələr qutusunu təhlükəsizlik maşını rejiminə keçirəndə problem yaşanıb və buna görə mübarizəni dayandırıb: “Əvvəlcə Aleksi və bütün komandanı təbrik edirəm. Əla iş gördülər və mövsümə yaxşı başladılar. Mənim maşınımda isə məlumatları təhlil etdik və problemi o dəqiqə tapdıq. Buna görə də qəzaya görə narahat deyiləm.
Xırdalıqlar barədə danışmayacağam, amma problem ötürmələr qutusunu təhlükəsizlik maşını rejiminə keçirəndə oldu. Əlbəttə, bu əsəbpozucudur və bütün komanda adına məyusam.
Yarışın geri qalanında radio vasitəsilə komandaya kömək etməyə çalışdım. Ən azından belə qatqı vermək istədim.
Növbəti həftə Çin Qran Prisi olacaq və yenidən sükan arxasına keçmək üçün səbirsizlənirəm”.
Şərh əlavə et