Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Avstraliyada sıralanma turunun ikinci sessiyasının əvvəlində 10-cu döngədə bolidin altlığını zədələyib və buna görə də 12-ci yeri tutaraq, ələnib.
Fernando Alonso: “Sıralanma turundakı hissiyatımdan razıyam. İlin ilk sıralanma sessiyası idi və peletonun geri qalanına müqayisədə harada olduğumuzu görmək həmişə maraqlı olub. İlk onluğa düşdük və sürətli idik.
Sürətli olsaq da, ikinci sessiyada ilk cəhdimdə səhv etdim. Onuncu döngədə bir az tras xaricinə çıxdım və altlığı zədələdim. Buna görə də ikinci sessiyada boliddən 100 faizlik potensialı ala bilmədim. Buna baxmayaraq mükəmməl olmayan maşınla 12-ci yeri tutduq. Məncə, üçüncü sessiyaya çıxmaq mümkün idi.
Peletondakı bütün sürücülər rəqabətədavamlıdırlar. Buna görə biz də güclənməliyik və bugünkü kimi səhvlər etməməliyik, çünki bu səhvlər sonra baha başa gəlir”.
Fernando Alonso yarış vaxtı gözlənilən yağış barədə bunları deyib: “Yarışda ən böyük problem görüş məsafəsidir. Əgər trası görmək mümkündürsə, yağışda yarışdan həzz ala bilərik. Amma Melburn düz tras deyil və buna görə də işlər qarışa bilər.
Əgər sürərkən heç bir şey görmürsünüzsə, əyləncəli olmur. Amma biz hazırıq. Hamı üçün eyni hava şəraiti olacaq. Hədəfimiz xal qazanmaqdır”.
Şərh əlavə et