Kokpit.az xatırladır ki, avstraliyalı sürücü doğma publikası önündə poul qazanmağa yaxın olsa da, son döngələrdə etdiyi səhvlərə görə ikinciliklə razı olub. Poulu isə Lando Norris qazanıb. Beləliklə, McLaren sabahkı yarışa ilk cərgədən başlayacaq.
Oskar Piastri: “Çox sevincliyəm. Sözün açığı mövsümə ilk cərgədən başlamaq əladır. Əlbəttə, hədəfimdən 1 yer geridəyəm, amma bu doğrudan da əla başlanğıcdır. Komandanın ilk cərgədə olması mükəmməl haldır.
İndi hər şeyi sıfırlayıb, sabah barədə düşünməliyik. Son sessiyada yetərincə yaxşı dövrə vura bilmədim, amma bu uzun mövsümün başlanğıcıdır. Buna görə də mövsümə yaxşı başladığım üçün sevincliyəm.
Son sektorda əvvəlki dövrələrimə nisbətən vaxt itirdim, çünki son sessiyadakı ilk cəhdimdə əyləcləri bloklayıb, trasdan çıxmışdım. Bunu iki dəfə yaşamaq istəmədim. Buna görə də təmkinli getdim və xırda fərqlə poulu itirdim”.
Şərh əlavə et