Xəbəri Kokpitdə Oxuyun!

Markes Argentinada da poul qazanıb

MotoGP üzrə Argentina Qran Prisinin sıralanam turu geridə qalıb. Mark Markes bu dəfə də poul qazanıb. Onu Aleks Markes və Yohan Zarko izləyib.

Kokpit.az bildirir ki, ispaniyalı sürücü bu mövsüm ardıcıl ikinci poulunu qazanıb. Onu qardaşı Aleks Markes izləyib.

Günün sürprizi isə Honda komandasının sürücüsü Yohan Zarkodan gəlib. Fransalı sürücü mükəmməl dövrə ilə üçüncü yeri tutuv və 2023-cü ilin Mucello Qran Prisindən sonra Honda-nı ilk cərgəyə yerləşdirib.

Françesko Banyaya isə son dövrəsində trasdan çıxaraq 4-cü yerlə razılaşmalı olub. Beşliyi KTM komandasından Pedro Akosta bağlayın. VR46 komandasından Fabio di Canantonio altıncı, Yamaha-dan Fabio Kuartararo yeddinci yerləri tutublar.

Rauf Hacıyev

Şərh əlavə et