Kokpit.az bildirir ki, ispaniyalı sürücü birinci sessiyada olduğu kimi ikinci sərbəst yürüşlərdə də hegemonluq edib. Əfsanəvi sürücü 2014-cü ildə qırdığı tras rekordunu bir az da yaxşılaşdıraraq, cümə gününün ən sürətlisi olub.
İkinci yeri VR46 komandasından Fabio di Canantonio tutub. Gresini komandasının sürücüsü Aleks Markes isə üçüncü olub.
İkiqat Dünya Çempionu Françesko Banyaya isə azarkeşlərini məyus etməkdədir. O, sessiyanın bitməsinə az qalmış qəza edib. Buna baxmayaraq, onluğa düşüb və sabah sıralanma turuna birbaşa ikinci sessiyadan başlayacaq.
KTM komandasının sürücüsü Bred Binder beşinci, Yamaha-dan Aleks Rins altıncı, Honda üçün ən yaxşı nəticəni alan Yohan Zarko isə yeddinci yerləri tutublar.
Fabio Kuartararo və Pedro Akosta da onluğa girərək, sıralanma turuna birbaşa ikinci sessiyadan başkamaq haqqı qazanıblar. Lakin Pedro Akosta damalı bayrağı keçdikdən sonra ön təkərinin sürüşməsinə görə qəza edib.
Şərh əlavə et