Kokpit.az xatırladır ki, niderlandlı sürücü Avstraliya Qran Prisinin sıralanma turunda yaxşı çıxış edib. O, ilk cəhdlərdən sonra birinci yerdə olsa da, ikinci cəhdlərdən sonra McLaren komandasının sürücülərinin arxasında qalıb və üçüncü yerlə razılaşmalı olub.
Maks Ferstappen: “Sessiya yaxşı keçdi. Dünən çox çətin idi. Buna görə üçüncü yeri qəbul edirəm.
Sıralanma turunda atılan dövrəıər doğrudan da adamı həyəcanlandırır. Burada asfaltla ilişmə çox yaxşıdır. Sürətli döngələr var və bu həmişə əyləncəlidir.
Təkərlərlə bağlı ideal vəziyyətə gələ bilmədik, amma McLaren ilə aramızdakı fərq çox böyükdür. Buna görə də etsək də, yerimiz dəyişməzdi”.
Sabah yarış zamanı yağış yağma ehtimalı var. Maks bu barədə belə danışıb: “Mənim üçün yaş ya da quru trasın fərqi yoxdur. Yaş trasda dəlisov hallar baş verə bilər. Burada trasın sürüşkən olma ehtimalı var və bu hal hamı üçün keçərlidir”.
Şərh əlavə et