Kokpit.az xatırladır ki, monakolu sürücü mövsümün ilk mərhələsi olan Avstraliya Qran Prisinin cümə gününü zirvədə bağlayıb.
Şarl Lekler: “Düzünü desəm, həftəsonuna çox yaxşı hazırlaşmışıq, çünki maşında özümü yaxşı hiss edirəm. Lakin həmişəki kimi boliddə inkişaf etdiriləsi sahələr var və bolidin balansından hələ də tam olaraq razı deyiləm. Lakin bəhreyn testlərinə nisbətdə daha yaxşı vəziyyətdəyik.
Bolidin potensialı bundan artıqdır, ancaq bu hal digər komandalar üçün də keçərlidir. Bu maşınlar hamı üçün yenidirlər. Buna görə də limitlərin harada olduğunu anlamaq üçün bəzən limitləri yoxlamalısınız. Lakin ümumilikdə gözəl gün oldu. Bir az da limitləri yoxlasaq, yaxşı nəticə qazana bilərik”
Şərh əlavə et