Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls komandasında ayrılıq yaşanıb

Racing Bulls komandasının texniki direktoru Codi Eqqinton vəzifəsindən gedib. 

Kokpit.az bildirir ki, uzun illər Racing Bulls komandasında texniki direktor kimi işləmiş Codi Eqqinton bu ayın sonunda vəzifəsindən gedəcək. Lakin britaniyalı mühəndis komandada qalamağa davam edəcək və Red Bull Advanced Technologies bölməsinə keçəcək. 51 yaşlı mühəndis 30 illik Formula 1 karyerasından sonra fərqli vəzifəyə keçmək qərarına gəlib. 

Britaniyalı mütəxəssis 2019-cu ildən bəri – komandanın adı Toro Rosso olan dövrlərdən texniki direktor vəzifəsində işləyib.

Codi Eqqinton: “Bu komandanın bir hissəsi olmaq mənim üçün əla təcrübə idi və çox xüsusi anlar yaşadım. Ancaq təxminən 20 ildir ki, sadəcə Formula 1-ə köklənirəm və artıq bir dəyişikliyə ehtiyacım var.

Red Bull Advanced Technologies-də baş mühəndis olaraq daha geniş məsuliyyət alacağam. Yeni meydan oxumaya başlamaq üçün səbisizlənirəm”.

Racing Bulls komandasının rəhbəri Loren Mekis: “Eqqinton uzun illər texniki direktor olaraq komandanın vacib adamlarından biri idi. Codinin mütəxəssisliyi və faydaları üçün təşəkkür edirik. Red Bull-dakı yeni vəzifəsində ona uğurlar arzu edirik”.

Racing Bulls komandası Codi Eqqintonun əvəzinə texniki direktoru komanda daxilindən gətirəcək. Keçən il komandaya gələn FİA-nın sabiq məsulu Tom Qoss yeni vəzifəsində daha çox iş görəcək.

Qeyd edək ki, Eqqinton daha əvvəl Tyrrell, Force İndia və Lotus kimi komandalarda mühəndis kimi işləyib. O, 2019-cu ildən Toro Rosso – indiki adı ilə Racing Bulls-un texniki direktou kimi işəyirdi.

Rauf Hacıyev

Şərh əlavə et