Kokpit.az xatırladır ki, avstraliyalı sürücü bu həftəsonu öz vətənində yarışacaq.
McLaren Albert Parkda həftəsonuna yaxşı başlayıb və Lando Norris birinci sərbəst yürüşlərdə hamıdan sürətli olub. İkinci sərbəst yürüşlərdə isə Oskar Piastri ikinci, Lando Norris üçüncü yerləri tutublar.
Oskar Piastri: “Bolidin performansı cəsarətverici idi. Temp çox sağlamdır. Boliddə özümüzü daha yaxşı hiss etmək üçün düzəltməli olduğumuz bir neçə şey var, amma ümumilikdə tempimiz güclüdür.
Komandanın bugünkü işindən razıyam. Növbəti iki gündə hava şəraiti fərqli olacaq. Buna görə də bugünkü nəticələrin nə qədər vacib olduğunu bilmirəm. Ancaq özümüzü yaxşı hiss edirik”.
Şərh əlavə et