Kokpit.az xatırladır ki, Bəhreyndəki mövsümöncəsi qış testlərindən sonra əksəriyyət düşünürdü ki, McLaren ən sürətli komanda olacaq. Ən sürətli ikinci komanda isə Ferrari, Mercedes və Red Bull üçlüsündən biri olacaqdı.
2025-ci ilin mövsümünün ilk mərhələsi olan Avstraliya Qran Prisində cümə günündən sonra McLaren və Ferrari zirvədə olub. Mercedes komandasının sürücüləri də maşından razı görünüblər. Lakin Red Bull-da üzlər gülməyib. Hətta Maks Ferstappenlə Liam Louson boliddən narazı qalıblar.
Maks Ferstappen: “Bolidin balansı çox pis deyil. Yəni burada ciddi problem yoxdur. Amma asfaltla ilişmə azdır və bunun səbəbini anlamamışıq.
Xüsusən də ilk və son sektorda bütün növ təkərlərlə problem yaşadıq. Buna görə də hazırda zirvədən uzaqdayıq.
Bizim balans problemimiz yoxdur və buna görə də indiki problemi həll etmək bir az çətin olacaq. Əslində bura gələndə bu halla qarşılaşacağımızı gözləyirdim. Buna görə də tempimizə çox da təəccüblənmədim”.
Şərh əlavə et