Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Tərzimi dəyişdirirəm

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, SF-25-ə öyrəşmək üçün sürüş tərzini yavaş-yavaş dəyişir.

Kokpit.az xatırladır ki, Şarl Lekler Avstraliya Qran Prisinin ikinci sərbəst yürüşlərində hamıdan sürətli olduğu halda Lyuis Həmilton beşinci yeri tutub.

Lyuis Həmilton: “Düzünü desəm, bu trasa gələrkən daha əvvəl heç vaxt yaşamadığım fərqli bir hiss yaşadım. Buna görə də birinci sərbəst yürüşlərdə maşına öyrəşməyə çalışdım. İkinci sərbəst yürüşlərdə vəziyyət bir az daha yaxşı idi, amma hazırda bəzi şeyləri yenidən qururuq. Yavaş-yavaş inkişaf edirik və hər gün bir az da sürətlənirik.

Ferrari SF-25 keçən il sürdüyüm Mercedes bolidindən çox fərqlidir.

Boliddə özümü pis hiss etmirəm ya da mənfi bir şey yoxdur. Sadəcə fərqli sürüş tərzi tələb edir. Buna görə də yavaş-yavaş sürüş tərzimi dəyişdirirəm, amma bundan həzz alıram”.

Rauf Hacıyev

Şərh əlavə et