Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Soft təkərlə zəifik

Williams komandasının sürücüsü Karlos Sayns bildirib ki, Soft təkərlərlə yaxşı işləsələr, sıralanma turunda son sessiyaya qala bilərlər. 

Kokpit.az xatrıladır ki, ispaniyalı sürücü bu gün Williams komandası ilə ilk dəfə Formula 1 həftəsonuna çıxıb və birinci sərbəst yürüşlərdə ən sürətli ikinci nəticəni əldə edib. Lakin ikinci sərbəst yürüşlərdə 11-ci yeri tutub. 

Karlos Sayns: “İkinci sərbəst yürüşlərdə Soft təkərlərlə yaxşı işləyə bilmədik və bu vəziyyəti düzəltməliyik. Əgər Soft təkərlərin potensialını üzə çıxara bilsək, rəqabətədavamlı hala gələcəyik. Orta qrup bir-birinə çox yaxındır. Racing Bulls son dəqiqələrdə çox sürətli dövrələr vurdu.

Bizim maşında əsas məsələ Soft təkərin potensialını üzə çıxarmaqdır. Hazırda bunu necə edəcəyimi bilmirəm və bugünkü nəticələr də bunu isbat edir. Medium təkərlərlə çox sürətli idim. Birinci sərbəst yürüşlərdə də tempim yaxşı idi. Amma ikinci sərbəst yürüşlərdə hamı tempini artıranda çox çətinlik çəkdim”.

Karlos Sayns əlavə edib ki, Williams komandası hazırda yarış tempində Medium təkərlərlə ən sürətli orta qrup komandasıdır. Ancaq ilk dörd komanda ilə – McLaren, Ferrari, Red bull və Mercedes – arada çox fərq var: “Dolu çən ilə Ferrari, McLaren, Mercedes və Red Bull qəti şəkildə bizdən sürətlidir. Amma ümid edirəm ki, onlardan çox geridə qalmayacağıq və orta qrupda mübarizə aparmağa davam edəcəyik.

Orta qrupda komandalar çox yaxındırlar, rəabət var və işlər bir az çətinləşə bilər. Yarış tempində çox da xoşbəxt deyiləm. Soft təkərlə də istədiyimiz tempi tapa bilmirik, ancaq ümumilikdə çox yaxşı bir günü geridə qoyduq”.

Rauf Hacıyev

Şərh əlavə et