Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Hər dövrə inamım artır

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, Avstraliyada ilk gün onun üçün yaxşı keçib və dövrələr keçdikcə özünə olan inam artıb. 

Kokpit.az xatrıladır ki, debütant sürücü Formula 1 karyerasının ilk həftəsonuna çıxıb. O, Albert Parkda birinci sərbəst yürüşlərdə 14-cü, ikinci sərbəst yürüşlərdə isə 16-cı yeri tutub. İtalyan sürücü hər iki sessiyada da komanda yoldaşı Corc Rasselldən geri qalıb. 

Cümə günü keçirilən sessiyalardan sonra Kimi Antonelli fikirlərini bildirib: “Çox yaxşı gün idi. Sadəcə vahid dövrə üzərində bir az işləməliyik. Təkərləri işçi rejiminə gətrimək bizim üçün çox vacibdir, amma ümumi olaraq bu gün özümü yaxşı hiss etdim.

Bundan başqa yarış tempində olan nəticələrimiz də yaxşı idi. Sessiyanın sonun bir səhv etdim, amma dövrələr keçdikcə özümə olan inam artır”.

Rauf Hacıyev

Şərh əlavə et