Xəbəri Kokpitdə Oxuyun!

Formula 1-in yeni mövsümü başladı

Formula 1 üzrə 2025-ci il mövsümü bu həftəsonu Albert Parkda başlayacaq. Bu mövsüm peletonda çoxlu yeniliklər var.

Yüksək gərginlik, yeni transferlər və böyük hədəflər!

Formula-1 üzrə dünya çempionatı bugündən tam həyacanı ilə Avstraliyanın Melburn şəhərindəki Albert Parkda start götürüb. Bu il Formula-1 75-ci yubileyini qeyd edir.

Bəs builki çempionatı nə fərqləndirir və niyə bu mövsümü izləməliyik?

Sürücülər və komandalar

7 qat dünya çempionu Lyuis Hemilton Ferrari-ni də zirvəyə yüksəldə biləcəkmi? Karlos Sayns “Uilyams”la uğurlu olacaqmı? Esteban Okon Haas-a ilk podium sevinci bəxş edəcəkmi?

Bundan əlavə, çempionatın debütantlarını da unutmuruq: Andrea Kimi Antonelli, Oliver Berman, Qabriel Bortoleto, Cek Duhen və Ayzek Həcər təcrübəli komanda yoldaşlarına müqavimət göstərə biləcəklərmi?

Son dörd ilin qalibi Maks Ferstappenlə əsas rəqibləri Lando Norris və Şarl Leklerin builki mübarizəsi kimə qalib gələcək?


Sonuncu çempion McLaren bu il ilk yarışdan titulun müdafiəsinə hazır olacaqmı? Həmçinin, hansı komanda onun ən yaxın izləyicisi olacaq: Red Bull, Mercedes yoxsa Ferrari? Mövsümün xoş sürprizini hansı komanda təqdim edəcək?

Gələn il çempionatda radikal dəyişikliklər gözlənilir – həm aerodinamika, həm də güc qurğuları tam yenilənəcək. Formula-1 tarixində bu qədər miqyaslı islahatlar heç vaxt olmayıb və hamı bu dəyişiklikləri maraqla izləyir. Buna görə də, bu il bir çox komanda və sürücü üçün köhnə reqlament çərçivəsində uğur qazanmaq sonuncu şans ola bilər. Cari reqlament çərçivəsində mübarizəyə şahidlik etmək üçün çempionatı izləmək vacibdir.

Rauf Hacıyev

Şərh əlavə et