Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Domenikali 2029-a qədər rəhbər olacaq

Formula 1-in kommersiya hüquqlarını əlində saxlayan FOM verdiyi açıqlamada bildirib ki, Stefano Domenikali daha 5 il Formula 1-in rəhbəri olacaq.

Kokpit.az xatırladır ki, Stefano Domenikali 2021-ci ildən bəri FOM-a rəhbərlik edir və bu müddət ərzində Formula 1-in qlobal cəhətdən yüksəlişinə və maliyyə cəhətdən güclənməsinə liderlik edib.

Liberty Media 2017-ci ildə Formula 1-i satın aldıqdan sonra ilk rəhbər Çeyz Keri olmuşdu. Stefano Domenikali isə Çeyzdən sonra təyin olunan ikinci rəhbər idi.

Stefano Domenikali: “Formula 1 uşaqlığımdan bəri həyatımın bir hissəsi olub və bu idmanı rəhbərliyinə davam etmək mənim üçün şərəfdir. Mənə güvəndikləri üçün Liberty Media komandasına təşəkkür edirəm.

Formula 1-in bütün səhmdarları ilə birlikdə F1 azarkeşlərinə ən yaxşı formada xidmət edəcəyik, çünki onıar gördüyümüz işin qəlbindədirlər.

Bu idmanın sevgisi, enerjisi və adrenalini mənə əlimdən gələni etmək üçün hər gün güc verir”.

FOM-un verdiyi xəbərə görə Stefano Domenikali 2029-cu ilin sonuna qədər Formula 1-in rəhbəri olacaq. Bu isə o deməldir ki, italyan rəhbər 2026-cı ildə başlayacaq yeni texniki reqlament dövründə də FOM-a liderlik edəcək.

Liberty Media-nın yeni rəhbəri Derek Çanq isə bildirib ki, hazırkı vəziyyətdən razıdır və Domenikaliyə işində sərbəstlik verəcək: “Stefanonun liderliyinə Liberty adından minnətdarlığımızı bildiririk. İnanırıq ki, Formula 1 rəhbərliyinin idman, azarkeşlər, ortaqlar və səhmdarlar üçün yaratdığı uğurlar davam edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et