Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton hədəflərini deyib

Lyuis Həmilton  Mercedes-də 12 il keçirdikdən sonra 2025-ci il mövsümünı Ferrari ilə başlayır. Əksəriyyət hazırda bir şeyi düşünür: Həmilton Ferrari karyerasına necə başlayacaq? Əfsanəvi sürücü Avstraliya Qran Prisindən əvvəl bəzi suallara cavab verib və bildirib ki, Ferrari-dəki əsas hədəfi qələbələr qazanmaq və komandanı inkişaf etdirməkdir.

Kokpit.az xatırladır ki, Mercedes 2022-ci ildən bəri çempionluq uğrunda mübarizədən uzaq olub və əksər hallarda podium uğrunda mübarizə belə a apara bilməyib. Çətin keçən bir neçə ildən sonra Lyuis Həmilton deyir ki, indi Ferrari-də yeni avtomobilində özünü daha rahat hiss edir.

Bununla belə 12 il Braklidə yerləşən komandada çıxış etdikdən sonra Ferrari-yə keçən Həmiltonun üzərinə çox iş düşürdü. Yeni mədəniyyətə, proseslərə və komanda münasibətlərinə uyğunlaşma yeddiqar Dünya Çempionu üçün böyük dəyişiklik olsa da, 40 uaşlı pilot debüt mövsümünün ilk yarısını bu təməllərin yaradılmasına həsr edəcəyini deyir.

Hədəflərinin nə olduğunu soruşduqda, Lyuis Həmilton bu cavabı verib: “Yeni komandaya qoşulduqda, yüksək səviyyədə çıxış etməyə və nəticə əldə etməyə nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. Ancaq istər-istəməz keçid dövrü olur və bəzi təməlləri qurmaq lazımdır.

Əminəm ki, Sayns da sin bir neçə ayda mənim kimi edir və mövsümün ilk yarısında bünövrə quracağır. İşlədiyimiz komandada münasibətləri, inamı və uyğunlaşmanı inkişaf etdirmək vaxt alır. Bu qapıdan içəri girəndə yaranan şey deyil. Hörmət göstərilir və vaxt keçdikcə inam yaranır.

Mənim üçün əsas hədəf qalib gəlmək və komandanı inkişaf etdirməkdir. Son illərim yaxşı keçməyib. Son 3 mövsümdən daha yaxşı il keçirib-keçirməyəcəyimizi görəcəyik. Bunun bir neçə faktorla əlaqəli olacağını düşünürəm”.

 

Rauf Hacıyev

Şərh əlavə et