Kokpit.az xatırladır ki, Formula 1 üzrə 2025-ci il mövsümü bu həftəsonu Avstraliyada başlayacaq. Ferrari komandası yeni mövsümə yüksəl əhval ruhiyyə ilə hazırlaşır.
Mercedes komandasından Ferrari-yə keçən texniki direktor Loik Serra tiffozilərin bazasındakı atmosferdən təsirlənib: “Ferrari-də ilk olaraq diqqətimi işçilərin və azarkeşlərin sevgisi cəlb etdi. Bu həyəcan biz mühəndislər üçün həyəcan mənbəyidir. Komandada atmosfer çox pozitivdir və hamımız inanırıq ki, hədəflərimizə çata biləcəyik.
Bəhreyndə hava şəraiti gözləmədiyimiz halda çətin oldu. Buna baxmayaraq testlər bizim üçün yaxşı yekunlaşdı. Bütün planlarımızı yerinə yetirdik və maşınımız dözümlü idi. Trasdan topladığımız məlumatlar gözləntilərimizi qarşıladı.
Bəhreyndə hava sərin idi. Avstraliyada isə isti olacaq. Bu da əsasən təkərlərə təsir göstərəcək. Həftəsonu güc balansı haqqında daha çox ideamız olacaq, amma qəti sıralanmanı görmək üçün bir neçə yarış gözləməliyik. Biz öz işimizi görməyə davam edəcəyik və mövsümə yaxşı başlamağa çalışacağıq”.
Şərh əlavə et