Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Əsas olan necə bitirməyinizdir

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, mövsümə yaxşı başlamasalar da, vaxt keçdikcə özlərinə gələcəklər.

Kokpit.az xatırladır ki, Formula 1 həyəcanı 2025-ci il mövsümünün açılış yarışı olan Avstraliya Qran Prisi ilə yenidən başlayır. Uzun hazırlıq prosesindən sonra komandalar və pilotlar yeni mövsümün ilk yarışında çıxış etməyə hazırdırlar. Bununla belə Aston Martin komandasının sürücüsü Fernando Alonsonun fikrincə mövsümün əvvəlindəki performans hər şey demək deyil.

Fernando Alonso: “Necə başlamağın deyil, necə bitirməyin önəmlidir. Bunu mövsümün sonunda görəcəyik.

Hazırda peleton çox yaxındır və çətin idarə olunan bir bolidin performansını artırmaq çox çətindir, çünki sürüşə təsir etmədən performansı artırmaq arasında incə bir xətt var. Düşünürəm ki, biz irəliyə doğru bir addım atmışıq, amma deyəsən keçən qış hamı eyni şeyi etmişdi.

Vəziyyətin çox gərgin olacağını düşünürəm amma çox da narahat deyiləm. Həftəsonları daha çox iş görməliyik. Düzgün insanlarımız, istedadımız və inamımız var, ona görə də ilin sonunda nə olacağını görəcəyik. Əsas o zaman harada olduğumuz vacibdir. Hazırda hər şey çox yenidir. Bu həftəsonu avtomobil haqqında daha çox məlumat əldə edəcəyik”.

43 yaşlı Fernando Alonso əlavə edib ki, yeni mövsümə başlayarkən özünü yaxşı hiss edir.

İlk yarış üçün bura gəlmək olduqca təbiidir. Karyeramın çoxu belə keçib. İlk yarış həmişə burada olub. Özümü yaxşı hiss edirəm, hava gözəldir, şəhərdə və azarkeşlər arasında yarışa böyük həvəs var. Buna görə də Melburn mövsümə başlamaq üçün ən yaxşı yerlərdən biridir.

Bu həftəsonu gətirəcəyimiz bolid demək olar ki, testdəki ilə eynidir. Heç bir ciddi dəyişiklik olmamalıdır. Buna görə də harada olduğumuzu görəcəyik.

Düşünürəm ki, hər kəs testlərdə müxtəlif proqramlarda işlədi, buna görə də hamımız harada olduğumuzu düşünürük, lakin Albert Park Bəhreyn ilə tamamilə fərqli trasdır. Hər yarış öyrənməli və inkişaf etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et