Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: McLaren Piastri ilə müqavilə uzadıb

McLaren komandası gənc sürücüsü Oskar Piastri ilə çoxillik yeni müqavilə bağlayıb.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü McLaren komandasına 2023-cü ildə transfer olunmuş və 2026-cı ilin sonuna qədər müqavilə bağlamışdı. İndi isə bu müqavilənin müddəti bir az da uzadılıb.

Oskar Piastri 2024-cü ilin Macarıstan Qran Prisində ilk qələbəsini qazanmış, daha sonra isə Azərbaycan yarışında Leklerlə mübarizə apararaq, karyerasının ikinci qalibiyyətini əldə etmişdi. Bunlardan savayı 22 yaşlı pilot Qətərdə sprint yarışını qazanmış və 4 dəfə podiuma yüksəlmişdi. O, keçən il Sürücülər Çempionatında dördüncü yeri tutaraq, McLaren-in Mühəndislər Kubokunu qazanmasında mühüm rol oynamışdı.

Oskar Piastri: “McLaren-in uzunmüddətli layihəsinin bir hissəsi olduğum üçün sevincliyəm. Bu əfsanə komandada yarışmağa davam edəcəyim üçün qürurluyam. Hədəfimiz çempion olmaqdır və yeni mövsüm üçün səbirsizlənirəm”.

McLaren-in rəhbəri Zek Braun: “Oskar sadəcə istedadlı sürücü deyil. Eyni zamanda komandaya tez uyğunlaşdı. Onunla uzunmüddətli layihədə olmaq həyəcanlıdır”.

McLaren komandasının rəhbəri Andrea Stella: “Oskarın stabilliyi və çalışqanlığı onu komandamız üçün əvəzolunmaz edir. İnanıram ki, gələcəkdə Lando ilə birlikdə çoxlu uğur qazanacaqlar”.

Rauf Hacıyev

Şərh əlavə et