Xəbəri Kokpitdə Oxuyun!

Alpine 4-cü ehtiyat sürücünü heyətinə qatıb

Alpine komandası Kuş Maini ilə müqavilə bağlayaraq ehtiyat sürücü heyətini genişləndirib.

Kokpit.az bildirir ki, hindistanlı sürüce 2023-cü ildən bəri Alpine-nin sürücü proqramındasır və yeni müqaviləyə əsasən simulyatorda işləyəcək. Bundan başqa əvvəlki illərin bolidləri ilə testlər edəcək.

Kuş Maini: “Formula 1 maşınından daha çox vaxt keçirəcəyim üçün həyəcanlıyam. 2024-cü ildə öyrəndiklərimi təkmilləşdirərək davam etmək istəyirəm.

Ancaq hazırda mənim üçün əsas olan Formula 2-dəki üçüncü mövsümümdür. Bu həftəsonu Avstraliyada yeni mövsümə start verəcəyik və bütün diqqətimi buraya yönəldəcəm”.

Kuş bu il Formula 2-də DAMS komandasında çıxış edəcək.

Alpine komandası bununla da dördüncü ehtiyat sürücünü transfer edib. Komandanın rəhbərliyi bunu bilərək etdiklərini deyiblər.

Alpine komandasının rəhbəri Oliver Ouks: “Hamısı eyni otaqda qalacaq! Zarafat bir yana dördünün də proqramı gərgin olacaq. Hamısı köhnə maşınlarla testlərə çıxacaqlar. Əməliyyat işlərinə dəstək verəcəklər və ən az bir yarışda iştirak edəcəklər.

Franko Kolapinto daha əvvəl bir neçə yarışda iştirak edib. Pol Eronun isə hələ Formula 1 təcrübəsi yoxdur. Rio isə bir az təcrübə qazanıb. Buna görə də hamının rolunu düzgün təyin etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et