Bu müqaviləyə görə Mophie Red Bull Racing komandasını 2025-ci ərzində premium güc ilə təmin edəcək. Bu tərəfdaşlıqdan sonra “qırmızı öküzlər” bütün elektronik cihazlarını rahatlıqla doldura biləcəklər.
Bundan başqa mophie və Red Bull-un tərəfdaşlığı hər iki tərəfə üstünlüklər gətirəcək. Komandanın saytındakı onlayn mağazada mophie-nin məhsulları satışa çıxarılacaq və mövsüm ərzində məhdud sayda istehsal edilən powerbanklar satışa çıxarılacaq.
Red Bull komandasının rəhbəri Kristian Horner: “Formula 1 mövsümündə dünya səviyyəsində səyahət ediri və bu səyahətdə lazımi avadanlıqlara sahib olmaü üstünlük gətirir.
Həm trasda, həm də trasdan kənarda bir-birimizlə əlaqədə qalmağımıza və hazır olmağımıza kömək edəcək. Mophie-nin bizə daşına bilən güc avadanlıqları verməsi bizi həyəcanlanıdır.
Bu tərəfdaşlıq sadəcə məhsullardan ibarət deyil. Eyni zamanda bizi qələbəyə aparmaq üçün həmişə bizim batareyaları həmişə dolduracaq”.
Mophie ANZ tərəfi isə bu barədə belə açıqlama verib: “Bu bizim üçün vacib tərəfdaşlıqdır. Red Bull kimi dinamik komanda ilə işləməkdən qürur duyuruq və məhsullarımızı dünya səviyyəsindəki Formula 1 fanatlarına təqdim etmək üçün səbirsizliklə gözləyirik.
Məhdud sayda istehsal edilən və yarışlardan ilham alan güc qurğuları seriyası innovasiya və performansa olan sevgimizi göstərir”.
Şərh əlavə et