Kokpit.az xatırladır ki, MotoGP 2027-ci ildən etibarən Michelin təkərlərindən imtina edəcək və onun əvəzinə Pirelli ilə əməkdaşlığa başlayacaq. İtalyan şirkət hazırda Moto2 və Moto3-ü təkərlə təmin edir. Pirelli 2027-ci ildən etibarən MotoE-ni də təkərlə təmin edəcək.
Fransız təkər istehsalçısı bunun səbəbini açıqlayıb: Dorna bütün yarış seriyaları üçün bir təkər istehsalçısı istəyir. Düzdür, Michelin 2027-ci ildəki yeni idman reqlamenti üçün komponentlər üzərində işləməyə başlamışdı. Buna baxmayaraq bu proses tamamlanmayacaq.
Michelin-in motosiklet yarışları üzrə rəhbəri Pyero Taramasso bu barədə belə açıqlama verib: “Bir neçə aydır ki, Dorna ilə müqavilənin yenilənməsi üçün danışıqlar aparırdıq.
Ancaq daha sonra MotoGP, Moto2, Moto3, MotoE, Rookies Cup və Talent Cup kimi gənc seriyalarda daxil olmaqla bütün seriyalarda tək təkər istehsalçısının olmasına qərar verdilər. Strateji səbəblərdən tək təminatçı ilə davam etməyin doğru olacağını düşündürlər. Biz isə MotoGP və MotoE-dən başqa digər seriyalarla maraqlanmırdıq.
MotoGP Dünyanın ən yaxşı sürücülərinə və saat 300 km/saat sürətə çıxa bilən motosikletlərə sahibdir. Bu seriyada böyük təctübələr və məlumatlar əldə edirik. Bu məlumatlar kommersiya təkərlərinin inkuşafı üçün çox vacibdir. MotoGP-də qazandığınız təcrübəni başqa yarış seriyasında əldə edə bilməzsiniz.
MotoE-də isə biz sintetik məhsullar üzərində işləyə bilirdik və bunu elektrik motosikletlərlə etmək məntiqli idi. MotoE ilə işlədikdən sonra təkərlərimizin sintetikliyini 50 faiz nisbətində artıra bildik. Buna görə də bu iki çempionat Michelin Qrupunun strategiyası ilə uyğunlaşırdı.
MotoGP və MotoE-dən başqa seriyalara təkər verməyin bizim üçün mənası yox idi. Buna görə də davam etmək istəmədik. Çünki resurslarınızı çox bölüşdürsəniz, xidt keyfiyyəti və təkər performansı düşə bilər. Buna görə də ayrılmaq qərarı aldıq”.
Şərh əlavə et