Xəbəri Kokpitdə Oxuyun!

Maks Ferstappenin əsas mühəndisi onunla qalacaq

Maykl Menninq yeni mövsümdə də Maks Ferstappenin mühəndis heyətində işləməyə davam edəcək.

Kokpit.az bildirir ki, Maykl Menninqin Red Bull komandasında başqa vəzifəyə keçəcəyi gözlənilirdi. Lakin onun əvvəlki işində işləyəcəyi açıqlanıb.

Menninq Maks Ferstappenin yarış startından məsul mühəndis idi. O, keçən il daha yaxşı vəzifəyə yüksəlmək üçün Red Bull rəhbərliyinə müraciət etmişdi.

Lakin Britaniya mətbuatı Red Bull komandasında planların dəyişdiyini Menninqin 2025-ci ildə də Maks Ferstappenlə işləyəcəyini yazıb.

Red Bull komandası bu barədə belə açıqlama verib: “Maykl Menninq 2025-ci il mövsümündə də indiki vəzifəsində işləyəcək”.

Qeyd edək ki, Menninq Maks Ferstappenin ən yaxın mühəndis heyətinin bir üzvüdür. Bu heyətdə Canpiero Lambiase, Tom Hart və Devid Mart da var.

Rauf Hacıyev

Şərh əlavə et