Xəbəri Kokpitdə Oxuyun!

Alpine Arctic Wolf ilə müqavilə bağlayıb

Alpine komandası kiber şirkətlərindən biri olan Arctic Wolf ilə 4.43 milyard dollarlıq müqavilə bağlayıb.

Kokpit.az bildirir ki, fransız komandası yeni mövsümdən etibarən elektron təhlükəsizlikdə daha güclü olacaq.

Arctic Wolf Aurora Endpoint Security proseslərini tətbiq edərək komandanın məlumat təhlükəsizliyini təmin edəcək. Şirkətin Alpha Aİ dəstəkli platforması mövsüm ərzində istifadə edilən məlumatları qoruyacaq.

Verilən məlumata görə sistem yeddi trilyondan çox təhlükəsizlik hadisəsini işləyərək təhlükəsizlik problemlərini həssasiyətlə təqdim edəcək. Trasda və trasdan kənarda ən yüksək performansı vermək üçün kömək edəcək.

Arctic Wolf-un Marketinq Rəhbəri Den Larson müqavilə ilə bağlı bunları deyib: “Arctic Wolf və Alpine Formula 1 Komandası arasında müqavilə həssaslıq, sürət və mükəmməlliyə olan ortaq bağlılığı əks etdirir.

Arctic Wolf Aurora Platforması və yeni təqdim edilən Aurora Endpoint Security qurumları kiber təhlükəsizlik və iş etibarlılığı mövzusunda yeni zirvələrə daşıyacaq.

Beləliklə onlar da ən yaxşı gördükləri işə fokuslana bilərlər. Bu isə o deməkdir ki, Alpine komandası sürət göstərmək, limitləri sona qədər istifadə etmək və inanılmaz nəticələr qazanmaq üçün işlər görə bilər”.

Alpine komandasının rəhbəri Oliver Ouks: “Alpine komandası olaraq məlumatlarımızı bazadan yarış trasına qədər qoruyaraq sürətimizi ən yüksək səviyyəyə çıxarmağa köklənmişik.

Arctic Wolf-un mütəxəssisliyi və son texnologiya olan Aurora Platforması əməliyyatlarımızın hər səviyyəsində bizi qoruyacaq. Beləliklə bütün diqqətimizi ən vacib şeyə yönləndirə bilərik – Yarış qazanmağa”.

Rauf Hacıyev

Şərh əlavə et