Xəbəri Kokpitdə Oxuyun!

FİA Red Bull-un sözü ilə iki komandanı yoxlayacaq?

İtaliya mətbuatının verdiyi xəbərə görə FİA mini-DRS müzakirələrinə görə Ferrari və McLaren-in bazasına gedəcək.

Kokpit.az bildirir ki, Bəhreyn testində əksəriyyət Red Bull-un ön qanadının elastikliyinə fokuslanıb. Lakin “qırmızı öküzlər” Ferrari və McLaren-in arxa qanadını nəzarətə götürüblər.

Avstriya təmsilçisi düşünür ki, Ferrari və McLaren mini-DRS sistemindən faydalanır və bundan üstünlük qazanır.

FİA keçən il ön qanadlardakı elastikliyi yoxlamaq üçün bolidlərə kameralar yerləşdirmiş, amma qaydaların pozulmadığı aşkarlanmışdı.

Melburnda eyni kameralar arxa qanadlara qoyulacaq, amma Red Bull daha artığını istəyir. İtaliya mətbuatının xəbərinə görə Red Bull FİA üçün rəsmi ittiham dosyesi hazırlayıb. Buna görə də FİA-nin texniki nümayəndələri yoxlama üçün Ferrari və McLaren-in bazalarına gedəcəklər.

Rauf Hacıyev

Şərh əlavə et