Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan Qran Prisi üçün Marşal qeydiyyatı başladı

Marşal olmaq şansını qaçırma!

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 19-21 sentyabr 2025-ci iltarixlərində keçiriləcək Formula 1 Qatar Airways AzərbaycanQran Prisi 2025 üçün marşal qeydiyyatı proqramına start verdi.

Siz marşal olun, Formula 1 həyəcanını yerində yaşayın!

Sürət yarışının həyəcanverici atmosferini trekə ən yaxınməsafədən hiss etmək istəyirsinizsə yaşınız 21-dən yuxarıdırsa, dünyanın hansı yerində yaşamağınızdan asılıolmayaraq, Marşal Proqramına qoşulmaq şansınız vardır! Tədbirin uğurla keçməsində yarış zolağının təhlükəsizliyinintəmin olunmasında öz töhfənizi vermək fürsətini qaçırmayın.

İştirakçılara beynəlxalq rəsmi lisenziya təqdim olunacaq!

Azərbaycan Avtomobil Federasiyası (AAF) bu proqramı uğurlabaşa vuran hər bir marşalı FIA tərəfindən qəbul olunmuş beynəlxalq rəsmi lisenziya ilə təltif edəcək. Bu lisenziyamarşallara yalnız Azərbaycanda deyil, Formula 1 Qran Prisi digər avtomobil idman yarışlarında iştirak etmək imkanıverəcək.

Xatırladaq ki, ötən il Formula 1 Qatar Airways AzərbaycanQran Prisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxu əcnəbi olub.

Marşal Proqramı haqqında daha ətraflı məlumatı Bakı ŞəhərHalqasının veb-səhifəsindən,  həmçinin, marshals@bakugp.az elektron ünvanına yazaraq əldə etmək mümkündür.

Qeydiyyat üçün link: https://www.bakucitycircuit.com/az/marshals

Bu unudulmaz təcrübənin bir hissəsi olun, Formula 1-in həyəcanını yaxından yaşayın!

Rauf Hacıyev

Şərh əlavə et