Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Pirelli 2027-ci ildə MotoGP-nin təkər təminatçısı olacaq

Pirelli 2027-ci ildən etibarən MotoGP-nin rəsmi təkər təminatçısı olacaq.

Kokpit.az bildirir ki, italyan təkər istehsalçısı MotoGP-də Michelin-i əvəz edəcək.

Pirelli 2004-cü ildən bəri Dünya Superbayk Çempionatında, 2011-ci ildən bəri isə Formula 1-də komandaları təkərləri ilə təmin edir. İtalyanlar MotoGP ilə müqavilə bağlayaraq, avtoidmandakı varlıqlarını daha da böyüdəcəklər.

Michelin 2016-cı ildən bəri MotoGP komandalarını təkərlə təmin edirdi. Hətta 2027-ci ildə başlayacaq yeni reqlament üçün təkər tərkibləri hazırlamağa başlamışdı. Buna görə də MotoGP-nin Pirelli ilə müqavilə bağlaması insanlar üçün surpriz olub.

Qeyd edək ki, Michelin son 10 ildə tez-tez komandaların və sürücülərin tənqidlərinə məruz qalırdı. Xüsusən də fransız təkər istehsalçısının Honda və Aprilia ilə tez-tez sözləri düz gəlmirdi.

Məsələn, 2022-ci ildə İndoneziyada Mark Markesin etdiyi qəzanın səbəbi Michelin-in təkər performansı ilə əlaqələndirilmişdi. Əfsanəvi sürücü bu qəzaya görə mövsümün ilk iki yarışını buraxmalı olmuşdu.

Buna baxmayaraq Michelin hələ də İMSa SportsCar Çempionatındakı bütün seriyalarda və Dünya Dözümlülük Çempionatının HyperCar seriyasını təkərlə təmin edəcək.

Rauf Hacıyev

Şərh əlavə et