Xəbəri Kokpitdə Oxuyun!

Ferrari məhkəməni qazanıb

Modena Məhkəməsi Ferrari-nin tələbini haqlı görüb və Enriko Kardile 18 iyul 2025-ci ilə qədər Aston Martin komandasında işləyə bilməyəcək.

Kokpit.az xatırladır ki, Aston Martin komandası keçən ilin iyul ayında Enriko Kardileni Ferrari-dən transfer etdiyini və yeni texniki direktor kimi heyətinə qatdığını açıqlamışdı.

Ancaq Formula 1-də həmişəki kimi icbari məzuniyyət səbəbindən Kardilenin Aston Martin-ə dərhal keçidinin qarşısı Ferrari tərəfindən alınıb və buna görə hüquqi yollara müracit olunub.

Aston Martin komandası Kardilenin keçidini Ədrian Nyui ilə eyni gündə – martın 3-də planlaşdırırdı. Lakin məhkəmənin verdiyi qərar Britaniya komandasının planlarını alt-üst edib. Modena Məhkəməsi Ferrari-nin lehinə qərar verib.

Bu da Aston Martin komandasının uzunmüddətli planlarını alt-üst edib. 2026-cı ildə başlayacaq yeni texniki reqlamentdə Enriko Kardilenin işi çox vacib idi. Lakin italyan mühəndis Aston Martin komandasında 18 fevraldan tez işə başlaya bilməyəcək.

Rauf Hacıyev

Şərh əlavə et