Əvvəlki illərdə hər Qran Pridə dörd nəfər stüard rolunda iştirak edirdi – iki FIA stüardı, stüard kimi fəaliyyətə dəvət olunmuş bir keçmiş sürücü və tədbirə ev sahibliyi edən milli federasiya tərəfindən təyin edilmiş bir stüard. Bununla belə, İdman Reqlamentinə gələcək dəyişikliklərə əsasən, 2025-ci ildə əksər mərhələdə yalnız üç hakim olacaq. Eyni zamanda, “yüksək trafikli” adlanan altı Qran Pridə yenə dörd hakim olacaq.
Bu məqsədlə İdman Reqlamentinə aşağıdakı mətn əlavə ediləcək: “Hər Qran Pridə minimum üç, maksimum dörd stüard olacaq, onlardan biri sədr seçiləcək”. Dəyişikliklərin Melburn yarışı həftəsonundan əvvəl rəsmi şəkildə təsdiqlənəcəyi gözlənilir.
Məlumata görə, 2025-ci ilin “yüksək trafikli” yarışları Avstraliya Qran Prisi, Çin Qran Prisi, Kanada Qran Prisi, Sinqapur Qran Prisi, Mexiko Qran Prisi və Sao Paulo Qran Prisidir.
Şərh əlavə et