Xəbəri Kokpitdə Oxuyun!

Taylandda Mark Markesi saxlamaq mümkün olmayıb

MotoGP üzrə Tayland Qran Prisinin əsas yarışı geridə qalıb.

Mövsümün ilk sıralanma turunda Mark Markes hamıdan sürətli olmuşdu. İpsniyalı sürücü dünən keçirilən sprint yarışında da birinci yeri turmuşdu. Onu Gresini komandasından Aleks Markes və Françesko Banyaya izləmişdilər.

VR46 komandasının sürücüsü sıralanma turunda 5-ci yeri tursa da, cümə sərbəst yürüşlərində Banyayanı əngəllədiyi üçün bugünkü yarışın startında 3 yer itirib.

Sonuncu Dünya Çempionu Xorxe Martin zədəyə görə mövsümün ilk yarışında iştirak etməyib. Aprilia komandasında onu Lorenso Savadori əvəz edib.

Yarışın startı: Mark Markes yerindən yaxşı tərpənib, amma Aleks Markes startda xırda səhvlə dördüncü yerə gerikəyib. Buna baxmayaraq, ispaniyalı sürücü təslim olmayıb və ilk dövrə bitnəməmiş yenidən ikinci yerə yüksəlib.

Yarışın ilk səhvi Pedro Akostadan gəlib. Onun motosikleti sönsə də, sonradan motorunu işə sala bilib və yoluna davam edib.

Yarışın səkkizinci dövrəsində Aleks Markes Gresini isə ilə Mark Markesi geridə qoyub. Mark Markesin birdən bu qədər yavaşlamasının səbəbi isə məlum olmayıb.

12 dövrədən sonra sıralanma belə olub: Alek Markes, Mark Markes, Françesko Banyaya, Franko Morbidelli, Ai Oqura, Cek Miller, Raul Fernandes, Marko Bezzekki, Xoan Mir və Yohan Zarko

14 dövrədən sonra Françesko Banyaya ilk iki yerlə fərqi 0.5 saniyəyə qədər salıb. Franko Morbidelli də Banyayadan 0.3 saniyə geridə ilk üçlüyü izləyib.

Yarışın 15-ci dövrəsinin dördüncü sektorunda yeddinci yerdə yarışa davam edən Xoan Mir qəza edib və mübarizəni dayandırıb.

20-ci dövrədə Aleks Markesin GP24-ü trası tutmaqda çətinlik çəkməyə başlayıb və bundan istifadə edən Mark Markes hücumlarını intensivləşdirib.

Yarışın sonunanüç dövrə qalmış Mark Markes təmiz hücumla liderliyi yenidən Aleks Markesdən alıb. Mark 12-ci döngədə daxili trayektoriyadan gələrək qardaşını geridə qoyub.

Beləliklə, Mark Markes Taylandda mövsümün ilk yarışını qazanıb. İkinci yeri Aleks Markes, üçüncü yeri Françesko Banyaya tutub.

Franko Morbidelli və Ai Ogura beşliyi bağlayan sürücülər olublar.

 

 

Rauf Hacıyev

Şərh əlavə et