Kokpit.az xatırladır ki, qış testləri Red Bull üçün pis keçməyib. Bolid keçən ilə nisbətən daha balanslı təsir bağışlayıb.
Maks Ferstappen: “Məncə, yaxşı gün keçirdik. Kiçik problemlər yaşadıq, amma ümumilikdə planlaşdırdığımız çox şeyi reallaşdırdıq. Vəziyyət pis deyil, amma işləməli olduğumuz sahələr var.
Testlər gözlədiyim kimi keçdi. İşlərimizə davam etdik və inkişafa kökləndik. Melburnda daha çox məlumat əldə edəcəyik. Rəqiblərimizə nisbətən harada olduğumuzu daha yaxşı anlayacağıq.
İlk yarışda hamıdan sürətli olmağı gözləmirəm. Amma komandaların templərini indiki halda dəyərləndirmək çox çətindir. Önümüzdə hələ görüləcək işlər var”.
Şərh əlavə et